• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
17.09.2026 10:57

 Azərbaycanın bacarıqlar ekosistemi Dünya İqtisadi Forumunun “Qlobal Bacarıqlar Sürətləndiricisi” təşəbbüsü çərçivəsində inkişaf etdirilir. Bunu Dünya İqtisadi Forumunda fəaliyyət və bacarıqlar üzrə rəhbər Alison İqlşem “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 4SIM-in koordinasiya etdiyi təşəbbüs hökumət, biznes və akademik dairələri gələcəyin iqtisadiyyatı üçün tələb olunan bacarıqların formalaşdırılması məqsədilə bir araya gətirir.

İqlşem bildirib ki, 2030-cu ilə qədər işçilərin əsas bacarıqlarının 39%-nin dəyişəcəyi, qlobal işçi qüvvəsinin təxminən yarısının isə ixtisasartırmaya ehtiyac duyacağı gözlənilir.

O qeyd edib ki, analitik və yaradıcı təfəkkür, liderlik və dözümlülük kimi bacarıqlarla yanaşı, süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik üzrə texniki bacarıqlara tələbat da artacaq.

İqlşemin sözlərinə görə, Azərbaycanın Bacarıqlar Sürətləndiricisi çərçivəsində ölkənin bacarıqlar mənzərəsi və əsas boşluqları araşdırılıb, sorğular və məsləhətləşmələr aparılıb. Bu işlərin nəticələri 4SIM-in koordinasiyası və “Mercer” şirkətinin dəstəyi ilə hazırlanmış Azərbaycanın bacarıqlar ekosisteminin sistem təhlili hesabatında əksini tapıb.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol