• $
  • €
  • ₽
  • ₺
  • £

600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub

600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub
17.09.2026 11:22

600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

Nazir bildirib ki, layihəyə 10 ildən çox əvvəl 5 min şagirdlə başlanılıb və hazırda bu rəqəm 600 minə çatıb. Onun sözlərinə görə, bu, ölkənin ümumtəhsil məktəblərindəki şagirdlərin təxminən yarısını təşkil edir.

Əmrullayev qeyd edib ki, Azərbaycanda STEAM layihəsi də ilkin mərhələdə təxminən 50 məktəb və bir neçə min şagirdi əhatə etdiyi halda, hazırda layihədə 300 mindən çox şagird iştirak edir.

Nazirin sözlərinə görə, Azərbaycan təhsil sistemində uzunmüddətli inkişafla yanaşı, qısamüddətli nəticələrə imkan verən pilot layihələr də həyata keçirilir.

O bildirib ki, hər il 300-dən çox azərbaycanlı gənc kibertəhlükəsizlik, informasiya texnologiyaları və digər istiqamətlər üzrə təhsil almaq üçün aparıcı xarici universitetlərə göndərilir.

Əmrullayev vurğulayıb ki, Azərbaycanın qarşısında hələ uzun yol var və ölkə bu prosesin başlanğıcındadır.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol