• $
  • €
  • ₽
  • ₺
  • £

Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir

Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir
17.09.2026 11:30

Dövlət və özəl sektor təhsil və bacarıqlar sahəsində fərdi KPI-lardan daha çox ortaq göstəricilərə fokuslanmalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

Qarabağ Universitetində İT və texnologiya sahəsində “Nexsol” ilə həyata keçirilən işləri qeyd edən nazir bildirib ki, əsas məsələ əmək bazarının tələbatını anlamaq və səyləri bu istiqamətdə cəmləşdirməkdir.

“Problem müxtəlif qurumlar özlərinin ‘şəxsi KPI-larını’ ön plana çıxardıqda və biz ‘ortaq KPI-ları’ gözdən qaçırdıqda baş verir. Biz birləşməyə, cəmləşməyə çalışmalıyıq ki, paylaşdığımız və inkişafın nə demək olduğunu anladığımız az sayda, lakin vacib indikatorlarımız olsun”, - nazir deyib.

Onun sözlərinə görə, dövlət qurumları ilə özəl sektorun prioritetləri fərqli ola bilər və bu baxımdan onların uyğunlaşdırılması vacibdir.

Nazir SOCAR, “Paşa” və IE Biznes Məktəbi arasındakı tərəfdaşlığı, həmçinin Azərbaycan Texniki Universiteti ilə “ASELSAN Akademiyası”nın əməkdaşlığını bu istiqamətdə nümunə göstərib.

“Biz məsələləri birlikdə prioritetləşdirə bilirik. Lakin bunu bir qədər də böyük miqyasda etməliyik. Yalnız ‘tez nəticə verən’ həllərlə kifayətlənməməli, bunu Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı daha geniş makro-siyasətə və gələcək strategiyalara şamil etməliyik”, - Əmrullayev bildirib.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol