• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq

Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq
17.09.2026 11:36

Gələcəkdə əmək bazarında əsas bacarıqlardan biri dəyişən şəraitə uyğunlaşmaq qabiliyyəti olacaq. Bunu SOCAR prezidenti Rövşən Nəcəf “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, avtomatlaşdırma, robototexnika və süni intellektin sürətli inkişafı gələcəkdə hansı bacarıqlara ehtiyac olacağını dəqiq proqnozlaşdırmağı çətinləşdirir.

“Əgər mənə ‘nə olacaq?’ sualını versəniz, cavabını bilmirəm. Çünki süni intellekt sənayesinin aparıcı və parlaq zehinləri də bunu bilmir, dəqiq cavab verə bilmirlər”, - Nəcəf deyib.

O bildirib ki, bu səbəbdən insanlar həm süni intellekt, robototexnika və avtomatlaşdırma ilə işləmək, həm də zərurət yarandıqda bu texnologiyalar olmadan fəaliyyət göstərmək bacarığına malik olmalıdırlar.

Nəcəf qeyd edib ki, peşə təhsilində yeni texnologiyalardan istifadə bacarıqları ilə yanaşı, ənənəvi bacarıqlar da qorunmalıdır.

“Uyğunlaşma bacarığı və ömürboyu təhsil alaraq inkişaf etmək vacibdir. Bu, eyni şeyi daha yaxşı etmək deyil, eyni zamanda və ya lazım gəldikdə fərqli bacarıqları öyrənə bilmək deməkdir”, - o vurğulayıb.

SOCAR prezidenti bildirib ki, süni intellekt və digər texnologiyalardan həddindən artıq asılılıq insanların kritik düşünmə və mühakimə yürütmə bacarıqlarını itirməsinə səbəb ola bilər.

“Əgər kritik mühakimə yürütmə və kritik düşünmə qabiliyyətimizi də itirib hər şeyi süni intellektə həvalə etsək, bu, geri dönülməz bir proses ola bilər”, - Nəcəf deyib.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol