• $
  • €
  • ₽
  • ₺
  • £

“SABAH.HUB” Azərbaycanda vençur maliyyələşməsini artırmağı hədəfləyir

“SABAH.HUB” Azərbaycanda vençur maliyyələşməsini artırmağı hədəfləyir
17.09.2026 14:04

“SABAH.HUB” Azərbaycanda adambaşına düşən vençur maliyyələşməsinin həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Bunu “SABAH.HUB”ın Baş icraçı direktoru Rəhim Bayramlı “Baku ID 2026” innovasiya festivalı çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vençur sərmayəsinin həcmi hələ də kifayət qədər deyil. O bildirib ki, bu istiqamətdə fondların böyüdülməsi və yeni fondların yaradılması üzərində iş aparılır.

Bayramlı qeyd edib ki, “SABAH.HUB” innovasiya ekosisteminin inkişafına insan kapitalı, infrastruktur və kapitala çıxış olmaqla üç əsas istiqamətdə töhfə verir. “SABAH Studio” layihəsi çərçivəsində isə startaplara tərəfdaş kimi qoşularaq onların inkişafına dəstək göstərilir. Hazırda layihə çərçivəsində 10 startap fəaliyyət göstərir.

Baş icraçı direktorun sözlərinə görə, Azərbaycan startaplar üçün əsas sınaq bazarıdır. Məhsulların əvvəlcə daxili bazarda sınaqdan keçirilməsi, daha sonra isə xarici bazarlara çıxarılması nəzərdə tutulur.

O bildirib ki, “SABAH.HUB”ın əsas hədəf bazarları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələridir. Uzunmüddətli perspektivdə Yaxın Şərq və Şimali Afrika da potensial bazarlar kimi nəzərdən keçirilir.

R.Bayramlı “Nexus” layihəsinin Azərbaycan startaplarının regional bazarlara çıxışına, eləcə də xarici şirkətlərin ölkə bazarına daxil olmasına dəstək verdiyini deyib. Hazırda layihə çərçivəsində Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanla əməkdaşlıq edilir.

O əlavə edib ki, “SABAH.city” innovasiya şəhərciyinin genişləndirilməsi də qarşıdakı dövr üçün əsas hədəflərdəndir. Hazırda layihənin 20 min kvadratmetrlik və 5 hektarlıq ilk fazası istifadəyə verilib. Ümumilikdə isə şəhərciyin 125 min kvadratmetr və 20 hektar ərazini əhatə etməsi planlaşdırılır.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol