• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sağlamlıq və müalicə yerləri ilə bağlı ayrıca qanunun qəbulu təklif edilir

Azərbaycanda sağlamlıq və müalicə yerləri ilə bağlı ayrıca qanunun qəbulu təklif edilir
17.09.2026 14:56

Azərbaycanda təbii müalicə ehtiyatları, sağlamlıq və müalicə yerlərinin fəaliyyətinin hüquqi tənzimlənməsi üçün ayrıca qanunun qəbul edilməsi təklif olunub. Bu təkliflə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin hazırladığı “Sahilyanı sağlamlıq və müalicə yerləri haqqında” model qanun layihəsi TÜRKPA-nın müvafiq komissiyasından keçib və sənədin oktyabrda keçiriləcək plenar iclasda qəbul olunması gözlənilir.

Vəliyev model qanun qəbul edildikdən sonra onun müddəalarının Azərbaycanın milli qanunvericiliyinə daxil edilməsini təklif edib.
“Azərbaycan təbii müalicə ehtiyatlarının zənginliyi, rəngarəngliyi və unikallığı ilə seçilir. Ölkədə dəniz, göllər, çaylar, palçıq vulkanları, duz yataqları, müalicəvi mineral sular və minlərlə su mənbəyi var. Lakin bu sahə ilə bağlı anlayışlar hələ milli qanunvericilikdə əksini tapmayıb”, - o bildirib.

Vəliyevin sözlərinə görə, model qanun layihəsinin hazırlanması yeddi aydan çox davam edib. O qeyd edib ki, bu sahədə fundamental hüquqi bazanın olmaması sənədin hazırlanmasını çətinləşdirib.

“Azərbaycan zəngin təbii ehtiyatlarına və müalicə-sağlamlaşdırma imkanlarına görə bu məsələlərin hüquqi tənzimlənməsini aparmalıdır”, - Vəliyev deyib.
Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol