• $
  • €
  • ₽
  • ₺
  • £

2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq

2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq
17.09.2026 15:13

2030-cu ilədək qlobal işçi qüvvəsinin təxminən yarısının yeni bacarıqlar qazanmasına ehtiyac yaranacaq. Bunu Dünya İqtisadi Forumunda (WEF) gələcək təşəbbüslər üzrə fəaliyyət rəhbəri Alison Eaglesham “Baku ID” innovasiya festivalında deyib.

Onun sözlərinə görə, 2030-cu ilədək əmək bazarında tələb olunan fundamental bacarıqların 39%-i dəyişəcək. Eyni zamanda, işəgötürənlərin 63%-i bacarıq çatışmazlığını biznesin transformasiyası qarşısında əsas maneə hesab edir.

Eaglesham bildirib ki, analitik və yaradıcı düşüncə, liderlik və dözümlülük kimi bacarıqlar aktuallığını qoruyacaq, lakin bunlar süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik üzrə texniki biliklərlə tamamlanacaq.

O qeyd edib ki, WEF-in “Qlobal Bacarıqlar Akseleratoru” proqramı 4SİM-in koordinasiyası ilə Azərbaycanda həyata keçirilir. Proqram dövlət, biznes və akademik ictimaiyyəti gələcəyin əmək bazarına uyğun bacarıqların formalaşdırılması üçün bir araya gətirir.

Eaglesham əlavə edib ki, WEF bu proqramı indiyədək 35-dən çox ölkədə həyata keçirib.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol