• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib

Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib
17.09.2026 20:29

Cəlilabad rayonunda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Report"a rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17:00 radələrində Cəlilabad şəhəri Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.

Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunaraq suyun çölə axmasının qarşısını alıb və hadisə yerində mühafizə tədbirləri həyata keçiriblər.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. İşlər başa çatanadək əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.

19:47

Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol