• $
  • €
  • ₽
  • ₺
  • £

Metro və dəmir yolu layihələri üçün torpaqların dövlət ehtiyacları ilə alınması qaydaları dəyişdirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların dövlət ehtiyacları ilə alınması qaydaları dəyişdirilir
18.09.2026 11:06

 

Azərbaycanda metro və dəmir yolu infrastrukturu üzrə strateji layihələrin icrasını sürətləndirmək məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.

Hazırlanan qanun layihəsi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, tunellər, o cümlədən metro tunelləri, dəmir yolu və metropoliten xətləri, stansiyalar və depoların tikintisi, bərpası və təkmilləşdirilməsi üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması üzrə hüquqi mexanizmlərin dəqiqləşdirilməsi təklif edilir.

Dəyişikliklərin ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsinin sürətləndirilməsinə, torpaqların alınması prosesində hüquqi müəyyənlik və şəffaflığın təmin edilməsinə yönəldiyi bildirilir.

Prezident İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqram çərçivəsində yeni depoların, stansiyaların və xətlərin tikintisi, eləcə də mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol