• $
  • €
  • ₽
  • ₺
  • £

FHN sürücülərə müraciət edib

FHN sürücülərə müraciət edib
18.09.2026 11:11

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunur:

"Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırır.

Avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar. Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb".

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol