Bakı sakini saxta polis vəsiqəsi ilə saxlanıldı

Bakıda polis əməkdaşı saxlanılıb.Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən öz adına olan 1 ədəd Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd “Kenwood” markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























