• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19.09.2026 17:16

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.

Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə aşağıdakı tövsiyələr verilir:

• Hava limanına əvvəlcədən gəlmək: qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfərinizi əlavə vaxt nəzərə alaraq planlaşdırın.

• Onlayn qeydiyyat və özünəxidmət imkanlarından istifadə etmək: aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlaya bilərsiniz.

• Uçuş məlumatlarını öncədən yoxlamaq: uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirin.

• İctimai nəqliyyatdan istifadə etmək: şəxsi avtomobilə alternativ olaraq "28 May" metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən yararlana bilərsiniz.

• Parklanma qaydalarına riayət etmək: nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlayın, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə edin. Parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini "Tezödə", "AzParkinq" və "Birbank" platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.

• Xüsusi dəstəyə ehtiyac olduqda əvvəlcədən müraciət etmək: xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol