Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























