• $
  • €
  • ₽
  • ₺
  • £

Liderlərin keyfiyyəti şirkətlərin və ölkənin rəqabət qabiliyyətini müəyyən edir - Cəlal Qasımov

Liderlərin keyfiyyəti şirkətlərin və ölkənin rəqabət qabiliyyətini müəyyən edir - Cəlal Qasımov
21.09.2026 09:53

 

Liderlik keyfiyyətlərinin inkişafı şirkətlərin, dövlət qurumlarının və ölkənin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.

Bunu “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.

O bildirib ki, proqramın məqsədi “IE University”nin beynəlxalq təcrübəsini Azərbaycanın biznes və idarəetmə mühiti ilə əlaqələndirməkdir.

“Liderlik yalnız təlimlərlə formalaşmır. Liderlik bilik və praktiki təcrübənin birləşdiyi, çətin situasiyalarda düzgün qərarların verilməsinin öyrənildiyi zaman inkişaf edir”, - deyə C.Qasımov bildirib.

Onun sözlərinə görə, proqrama 850-dən çox müraciət daxil olub və ilk kohortaya 40 nəfər seçilib. Onlardan 16-sı “PAŞA Holdinq” və onun şirkətlərini, 16-sı dövlət qurumları və əlaqədar biznesləri, 8-i isə digər biznes qurumlarını təmsil edir.

Qasımov qeyd edib ki, proqramın iştirakçıları müxtəlif qurumların idarəetmə yanaşmalarını və təcrübələrini müqayisə etmək imkanı əldə edəcəklər.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol