• $
  • €
  • ₽
  • ₺
  • £

Həmzəyev: Azərbaycan vətəndaşlarına AZAL biletlərində ildə bir dəfə güzəşt tətbiq edilsin

Həmzəyev: Azərbaycan vətəndaşlarına AZAL biletlərində ildə bir dəfə güzəşt tətbiq edilsin
21.09.2026 10:57

 

Deputat Naqif Həmzəyev Azərbaycan vətəndaşlarının AZAL-ın endirimli aviabiletlərindən daha geniş istifadə edə bilməsi üçün ildə ən azı bir dəfə güzəşt hüququnun verilməsini təklif edib.

O, Milli Məclisdə çıxışı zamanı AZAL-ın gəlirlərinin artmasını müsbət qiymətləndirib.

“Biz sevinirik ki, AZAL-ın gəlirləri artıb, AZAL artıq gəlirlə işləyən bir müəssisəyə çevrilib. Mən sevinirəm buna. Bunun da müəyyən səbəbləri var. Qonşu regionlarda, qonşu ölkələrdə baş verən müharibə və münaqişələr fonunda həmin ölkələrin vətəndaşları AZAL vasitəsilə xaricə çıxış əldə edirlər”, - Həmzəyev deyib.

Deputat bildirib ki, xarici vətəndaşlar AZAL-ın biletlərini əvvəlcədən alaraq endirimlərdən yararlana bildikləri halda, Azərbaycan vətəndaşları həmin güzəştli biletləri əldə etməkdə çətinlik çəkirlər.

“Bir növ biz Azərbaycan vətəndaşlarının istirahət hüquqlarını pozuruq. Mən təklif edirəm, Zahit müəllim, Azərbaycan vətəndaşlarına ən azı ildə bir dəfə bir istiqamət üzrə bu endirimli biletləri almaq hüququnu AZAL tanısın”, - deputat bildirib.

Həmzəyev tələbələrə tətbiq olunan güzəştlərin digər vətəndaşlara da şamil edilməsini təklif edib.

“Bir vətəndaş onsuz da ildə bir dəfə məzuniyyətdə olur, bir dəfə istirahətə getmək istəyir. Heç olmasa həmin bir dəfə vətəndaşın endirimli qiymətə xaricə gedib istirahət etmək hüququ tanınsın”, - deputat deyib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol