• $
  • €
  • ₽
  • ₺
  • £

İki aydır Emin Əmrullayevi tapa bilmirəm - deputat nazirə irad bildirdi

İki aydır Emin Əmrullayevi tapa bilmirəm - deputat nazirə irad bildirdi
21.09.2026 11:19

Deputat Səyyad Aran iki aydır elm və təhsil naziri Emin Əmrullayevlə əlaqə saxlamağa çalışdığını, lakin nazirin və köməkçisinin onun zənglərinə cavab vermədiyini bildirib.

“İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm. Təqvimimdə saatı ilə yazıram ki, zəng etdim, cavab vermədi. Axı köməkçisi var. Baxıb görməlidir ki, deputat zəng edib və geri zəng edərək soruşmalıdır: ‘Səyyad müəllim, nə məsələdir?’ İki, üç, dörd ay keçir, cavab vermir. Köməkçisi də zəng edib soruşmur”, - Aran parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, nazirlə Qaradonlu tam orta məktəbinin 120 illik yubileyinin keçirilməsi və məktəbə direktor təyin olunması məsələsini müzakirə etmək istəyir.

“Apreldən deyirəm ki, Qaradonlu orta məktəbinin 120 illiyi sentyabrda tamam olur. Nə iş görürsünüz? Eşitmişəm ki, tədbiri oktyabrın 10-da keçirəcəklər. Ancaq hələ mənə məlumat verilməyib. Məktəbə direktor da müəyyənləşdirilməyib”, - o deyib.

Aran ölkədə bir çox məktəbin direktorsuz fəaliyyət göstərməsinin tədrisin keyfiyyətinə və nizam-intizama mənfi təsir etdiyini bildirib.

“Məktəbin direktoru yoxdursa, orada hansı nizam-intizamdan söhbət gedə bilər? Direktor olmadığına görə müəllimlər işə gecikir, keyfiyyətsiz dərs keçir, yaxud ümumiyyətlə dərsə gəlmirlər”, - deputat qeyd edib.

Onun sözlərinə görə, direktor vəzifəsini müvəqqəti icra edən şəxsin göstərişləri də bəzi müəllimlər tərəfindən yerinə yetirilmir.

Aran məktəb direktorlarının nazirliyin, yerli icra hakimiyyətinin və təhsil sektorunun nümayəndələrinin iştirakı ilə, müəllim kollektivinin rəyi əsasında seçilməsini təklif edib.

“Bir nəfər nazirliyin nümayəndəsi, bir nəfər icra hakimiyyətindən, bir nəfər də yerli sektor müdiri olur. Məktəbdə yığıncaq keçirirsiniz, kollektivin rəyi ilə kimi istəyirlərsə, onu da seçirsiniz. Bu, bu qədər ağır işdir?” - deputat deyib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol