• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Təhsil İdarəsində iki tanınmış sektor müdiri işdən çıxarıldı

Bakı Təhsil İdarəsində iki tanınmış sektor müdiri işdən çıxarıldı
25.11.2013 10:55
Bakı şəhəri üzrə Təhsil İdarəsində geniş ictimaiyyətin tanıdığı iki sektor müdiri işdən çıxarılıb. Modern.az saytının xəbərinə görə, bunlar Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyev və Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevdir.Qeyd edək ki, hər iki sektor müdiri Bakı şəhəri üzrə Təhsil İdarəsi yaranandan indiyədək burada çalışırdılar.Xəbəri Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva da təsdiqləyib. O, bildirib ki, Bəhmən Nəbiyev struktur dəyişikliyinə əsasən işlədiyi sektor ləğv edildiyi üçün vəzifədən çıxarılıb. Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevin isə iş yeri dəyişdirilib. Ona Təhsil Nazirliyində təzə iş verildiyi qeyd olunur.Uzun müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri vəzifəsini tutmuş Bəhman Nəbiyev sabiq təhsil naziri Misir Mərdanovun kadrı sayılır. Bəhman Nəbiyev Təhsil Nazirliyi müsabiqə tətbiq etməzdən əvvəl müəllimlərin Bakıdakı orta məktəblərə işə götürülməsində rol oynayn əsas məmurlardan biri idi. Bu prosesin isə şəffaf həyata keçirilmədiyi Bakının təhsil sisteminə bələd olanlara sirr deyil.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol