• $
  • €
  • ₽
  • ₺
  • £

Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı

Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı
25.11.2013 10:46
Həkim terroru nəticəsində həyatını itirən Elnarə Tofiqqızının ölümü ilə əlaqədar cinayət işində zərərçəkmiş kimi tanınan mərhumun həyat yoldaşı Anar Niftəliyev artıq müstəqil təhqiqatın aparılması üçün vəkil tutduğunu bildirib.Bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov təmsil edəcək. S.Vəkilov artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas açıqlamasında bildirdi ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: “İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik”. Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının Baş prokurorun xüsusi nəzarətində olduğunu deyib. Xatırladaq ki, sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi “nəfəs çatışmazlığı” göstərilib. Hazırda Tibbi Komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir.//Axar.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol