• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil

Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil
23.09.2026 12:25

Məktəblərdə geyim və davranış qaydalarının müəyyənləşdirilməsi insanların şəxsi həyatına müdaxilə deyil, dövlətə aid sahədə dünyəvilik prinsiplərinin tətbiqidir. Bunu deputat Fazil Mustafa bildirib.

“Dünyəvi dövlətin tələbi budur ki, məktəbdə müəyyən edilmiş geyim və davranış qaydalarına əməl etməlisən. Bu, kiminsə evinə və ya ictimai həyatda davranışına qarışmaq deyil. Söhbət dövlətə aid sahədə dövlətin prinsiplərinin qətiyyətlə tətbiqindən gedir”, - Mustafa deyib.

Deputatın sözlərinə görə, dövlətin əsas vəzifəsi dini maarifləndirmə aparmaq deyil, fərqli din və konfessiyaların nümayəndələrinə dünyəvi dövlətdə yaşamağın prinsiplərini izah etməkdir.
“Mənim fikrimcə, dövlət adamlarının əsas işi fərqli dinlərə və konfessiyalara mənsub insanlara dünyəvi dövlətdə yaşamağın prinsiplərini çatdırmaqdır. Biz bu istiqamətdə maarifləndirmə aparmalıyıq, dini maarif öyrətməməliyik”, - o bildirib.

Mustafa dünyəvi dövlətin qaydalarının yalnız dindarlara deyil, bütün vətəndaşlara şamil olunduğunu deyib.

“Dindara da çatdırmalıyıq ki, inancın sənin daxili məsələndir, mən buna qarışmıram. Amma sən inancını dünyəvi dövlətin və Konstitusiyanın prinsipləri ilə toqquşan müstəviyə gətirməməlisən”, - deputat bildirib.

O, radikallaşmaya qarşı mübarizə və maarifləndirmə ilə yanaşı, dünyəvi dövlət prinsiplərinin qorunmasını əsas vəzifə adlandırıb.

“Bu məsələlərdə maarifləndirmə işi aparmalı, radikallaşmaya qarşı tədbirlər görməliyik. Amma əsas işimiz dünyəvi dövlətin prinsiplərinin qorunması istiqamətində fədakarlıq göstərməkdir”, - Mustafa deyib.

Deputat dünyəvi dövlət institutlarının zəifləməsinin ağır nəticələr doğura biləcəyini bildirərək Suriyanı misal göstərib.

“Suriya dünyəvi dövlət idi və orada fərqli dinlərin nümayəndələri yaşayırdı. Amma dünyəvi dövlətin sütunlarında zəifləmə baş verəndə hansı vəziyyətin yarandığını hamımız müşahidə etdik. Ona görə də bu prinsiplərin qorunması istiqamətində daha çox addım atmalıyıq”, - o bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol