Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.
Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunur.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər də cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























