• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm layihələri üzrə kredit faizləri subsidiyalaşdırılacaq - agentlik sədri

Turizm layihələri üzrə kredit faizləri subsidiyalaşdırılacaq - agentlik sədri
26.09.2026 11:25

Azərbaycanda otellərin, sağlamlıq və kurort müəssisələrinin, qış idmanı, ovçuluq və balıqçılıq turizmi obyektlərinin yaradılması üçün götürülən kreditlərin faizlərinin subsidiyalaşdırılması planlaşdırılır.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, yeni dövlət proqramında turizm layihələri üçün banklardan və bank olmayan kredit təşkilatlarından alınan kreditlərin faizlərinə subsidiya verilməsini nəzərdə tutan xüsusi mexanizmlər yer alıb.

Proqram çərçivəsində yerləşdirmə obyektlərinə investisiyalar, çarter aviareysləri, xarici turistlərin Azərbaycana cəlbi, turizm tədbirləri və işgüzar turizm layihələri üçün də maliyyə dəstəyi nəzərdə tutulur.

“Proqram növbəti dörd il üçün yol xəritəsi və daha geniş, çevik dəstək çərçivəsi təmin edir”, - Nağıyev deyib.

Agentlik sədri bildirib ki, turizm və rekreasiya zonalarının yaradılması, beynəlxalq otel brendlərinin və kurort layihələrinin ölkəyə cəlbi də əsas prioritetlər sırasındadır.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol