• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini

Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
26.09.2026 12:36

Azərbaycan süni intellektin tədrisə, qiymətləndirməyə və təhsil prosesinin idarə olunmasına inteqrasiyası məqsədilə OpenAI şirkəti ilə müqavilə imzalayıb. Bunu elm və təhsil nazirinin müavini bildirib.

“Bir neçə gün əvvəl OpenAI ilə böyük bir müqavilə imzaladıq. Məqsədimiz süni intellekti yalnız tələbələrin asudə vaxtlarında və ya ev tapşırıqlarında istifadə etdiyi alət kimi deyil, təhsil prosesinin idarə olunmasına, tədrisə, qiymətləndirməyə və müəllimlərə dəstək sisteminə inteqrasiya etməkdir”, - nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur.

Nazir müavini, həmçinin 2022-ci ildə təsdiqlənmiş strategiyada Azərbaycanın ən nüfuzlu qlobal reytinqlərin ilk 800-lüyündə ən azı üç universitetlə təmsil olunması hədəfinə müəyyən edilmiş müddətdən əvvəl nail olduğunu bildirib.

O qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramı hər il 500 tələbənin dünyanın aparıcı 150–200 universitetində təhsil almasına imkan verir.


“Hər il bu 500 nəfərin təxminən üçdə biri dünyanın ilk onluğunda yer alan universitetlərə qəbul olunur. Onlar geri qayıtdıqdan sonra Azərbaycanda ən azı beş il işləməlidirlər. Düşünürük ki, bu, qısa müddətdə əmək bazarına böyük təsir göstərəcək”.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol