Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib.
"Report"un məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Sürücü Pərviz Hüseynovun idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil ötmə əməliyyatı zamanı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı "Mercedes"in sürücüsü İsmayıl Bayramov və avtomaşında olan sərnişinlər müxtəlif xəsarətləri alıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























