Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb

Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarına dron hücumu olub.
“Report”un məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub.
Hücum nəticəsində bir neçə azərbaycanlının da yaralandığı bildirilir. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























