• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq

Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
28.09.2026 13:05

Oktyabrın 5-dən Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət həftəsonları ilə yanaşı, həftənin bütün günlərində test rejimində tətbiq ediləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.


Yeni qaydalar aşağıdakı əraziləri əhatə edəcək:


Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsi;
Əbdülkərim Əlizadə küçəsi;
Hacı Zeynalabdin Tağıyev küçəsi;
Tərlan Əliyarbəyov küçəsi;
Yusif Məmmədəliyev küçəsi.


Qərar Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən mobilliyin artırılması, piyadaların rahatlığının təmin olunması və piyada hərəkətinin təşviqi məqsədilə qəbul edilib.


Fərdi parklanma talonu olan sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışına icazə veriləcək.


AYNA-nın məlumatına görə, təşəbbüs piyada zonaları arasında əlaqəni genişləndirməyə, şəhər mərkəzində daha rahat və təhlükəsiz mühit yaratmağa, həmçinin ərazinin turizm və biznes potensialını artırmağa xidmət edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol