• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq

Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
28.09.2026 17:19

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda sığortalanmış 8 727 hektar əkin sahəsinə ümumilikdə 4,468 milyon manat zərər dəydiyi müəyyən edilib və fermerlərə ödənişlərə yaxın zamanda başlanılacaq. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.


Fond 1 268 sığorta müqaviləsi üzrə zərər qeydə alıb. Zərərlərin əsas hissəsi dolu, sel-subasma və fırtına nəticəsində yaranıb.


Sel və daşqınlar 2 913 hektar, fırtına 2 424 hektar, dolu isə 2 326 hektar əkin sahəsinə ziyan vurub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat sığorta ödənişi hesablanıb.


Üçüncü şəxslərin hərəkətləri nəticəsində yaranmış zərər üzrə ödəniş 504 min manat təşkil edib. Yanğın, şaxtavurma və vəhşi heyvanların hücumu ilə bağlı da sığorta hadisələri qeydə alınıb.
Ən böyük zərər taxıl sahələrində müəyyən edilib. Ümumilikdə 6 945 hektar taxıl sahəsinə 2,18 milyon manat zərər dəyib. Bu, hesablanmış ümumi ödənişlərin 49%-nə bərabərdir.


Meyvə bağları üzrə zərər 1,6 milyon manat, texniki bitkilər üzrə isə 621 min manat hesablanıb.
Regionlar arasında ən böyük zərər 1,21 milyon manatla Quba-Xaçmazda qeydə alınıb. Şəki-Zaqatalada 1,082 milyon manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat zərər müəyyən edilib.


Fond hazırda ödənişlərlə bağlı sənədləşmə aparır. ASF 2026-cı ilin ilk səkkiz ayında bitkiçilik və heyvandarlıq təsərrüfatlarına 1,708 milyon manat sığorta ödənişi edib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol