• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq

Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
29.09.2026 13:36

 

Bu gün saat 21:00-dan etibarən Bakının Binəqədi və Nərimanov rayonlarının bir sıra küçələrində aparılacaq təmir və yol hərəkətinin təşkili işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bundan əlavə, Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində də təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxemi dəyişdiriləcək. Bu məqsədlə ayırıcı zolağın bir hissəsi ləğv olunacaq və ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

AAYDA-nın məlumatına görə, məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri və ərazidə aparılan işləri nəzərə almaları xahiş olunub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol