• $
  • €
  • ₽
  • ₺
  • £

Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib

Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
29.09.2026 17:50

 

Qeyd olunan iddia ilə bağlı müvafiq araşdırma aparılır. Bu barədə Bakı Təhsil İdarəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

"Məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - açıqlamada deyilir. 

14:44

Bakıda yerləşən 98 saylı uşaq bağçasında valideyndən uşağın bağçaya qəbul edilməsi qarşılığında hər ay 100 manat tələb olunduğu iddia edilir. Bu barədə adının açıqlanmasını istəməyən uşağın valideyni  anews.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, o, övladının bağçaya yerləşdirilməsi üçün bir il əvvəl müraciət edib və növbəsi çatdıqdan sonra tələb olunan sənədləri bağçaya təqdim edib.

“Mən bir il öncə müraciət etmişdim. Növbə sıram indi çatıb. Sənədləri bağçaya aparanda direktor Elnurə xanım dedi ki, 100 manat pul ödəməlisiniz. Əks halda sizi sistemdən silib yerinizə başqasını salacağıq”, - o bildirib. 

Valideynin iddiasına görə, bağçanın direktoru Elnurə Əliyeva tələb olunan 100 manatı uşağın bağçanın daxilində fəaliyyət göstərən özəl qrupda təhsil alacağı ilə əsaslandırıb.

Şikayətçi  bildirib ki, ona ödənişi etmək üçün bir həftə vaxt verilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib. Qurumun mövqeyini əldə etdikdən sonra dərc edəcəyik.

Bir müddət əvvəl 98 saylı uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə başqa bir iddia da yayılmışdı. Belə ki, bağçaya gedən azyaşlının analiz nəticələrinə əsasən onun qanında psixotrop dərman aşkarlandığı iddia edilmişdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdıracağını açıqlamışdı.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol