• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib

Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
29.09.2026 15:27

İqtisadçı Qubad İbadoğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib və o, təcili əməliyyat olunmaq üçün Almaniyaya gedib.  Bunu İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib.


Onun sözlərinə görə, qərar İbadoğlunun səhhətində yaranmış ciddi problemlər nəzərə alınaraq istintaq orqanı tərəfindən qəbul edilib.


“Qubad İbadoğlu bugün səhər Almaniyaya gedib. Səhhəti ilə təcili əməliyyat olunmalıdır. Ölkədən çıxışına olan qadağa aradan götürülüb. İstinaq orqanı tərəfindən polis nəzarətinə vermə qətiimkan ləğv edilib", - vəkil deyib.


İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb və Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağız hazırlama, əldə etmə və satmanı nəzərdə tutan 204.3.1-ci maddəsi ilə ittiham olunub.


Daha sonra ona dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi üzrə əlavə ittiham irəli sürülüb. İbadoğlu ittihamları qəbul etməyib.


O, 2024-cü ilin aprelində həbsdən ev dustaqlığına buraxılmışdı.  Sonradan qətimkan tədbiri “polisin nəzarəti altına vermə” ilə əvəz edilmişdi.


Vəkilin sözlərinə görə, cinayət işi üzrə istintaq davam edir və hələ yekun qərar qəbul edilməyib.

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol