• $
  • €
  • ₽
  • ₺
  • £

AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək

AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
29.09.2026 17:15

 

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazirin sözlərinə görə, qərar AİİB-in Müdirlər Şurası tərəfindən Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində qəbul edilib. Qərarın rəsmiləşdirilməsi ilə bağlı mərasimdə Azərbaycanın nümayəndə heyəti də iştirak edib.

Cabbarov qeyd edib ki, AİİB-in növbəti illik toplantısının Azərbaycanda keçirilməsi ölkənin bankla tərəfdaşlığını və beynəlxalq maliyyə və investisiya platformalarındakı iştirakını əks etdirir.

Onun sözlərinə görə, tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verə bilər.

Asiya İnfrastruktur İnvestisiya Bankı 2016-cı ildə fəaliyyətə başlayıb və əsas məqsədi Asiya və digər regionlarda dayanıqlı infrastruktur layihələrinin maliyyələşdirilməsidir. Azərbaycanın bankla əməkdaşlığı çərçivəsində infrastruktur və digər inkişaf layihələrinin maliyyələşdirilməsi istiqamətində işlər aparılır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol