• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib

Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
29.09.2026 17:33

 

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədri İqor Krasnova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalını təqdim edib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Moskvada Kamran Əliyevlə İqor Krasnov arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin rolu qeyd olunub. Tərəflər ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulayıblar.

Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, qarşılıqlı hüquqi yardım, cinayətkarlıqla mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, hüquq təhsili və kadr hazırlığı məsələləri müzakirə olunub.

Tərəflər həmçinin birgə elmi-praktiki tədbirlərin və təlimlərin keçirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv və uzunmüddətli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib və görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini deyib.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol