• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
30.09.2026 11:36

Azərbaycanda bələdiyyələr 300–500 min qeydiyyatsız evdən əmlak vergisi toplaya bilmir və bu problemin həlli üçün qanunvericiliyə mərhələli dəyişikliklər edilməlidir. Bunu deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, qeydiyyata alınmayan evlərin sahibləri bələdiyyələrə illik əmlak vergisi ödəmirlər və nəticədə yerli özünüidarəetmə orqanları əhəmiyyətli gəlirdən məhrum olur.


“Qanunsuz evlər qeydiyyatda deyil. Onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidirlər, amma bu vergini ödəmirlər. Nəticədə bələdiyyələr 300 min–500 min evdən vergi yığa bilmir”, - deputat bildirib.


Novruzov problemin həlli üçün Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsini təklif edib.


Deputat fiziki və hüquqi şəxslərin bələdiyyələrə ödədiyi vergilərin eyni səviyyədə müəyyənləşdirilməsini də düzgün hesab etmədiyini bildirib. Onun sözlərinə görə, qaz, su və elektrik enerjisi tariflərində hüquqi şəxslər üçün fərqli yanaşma tətbiq edilsə də, bələdiyyə vergilərində belə fərq nəzərdə tutulmayıb. Bu isə bələdiyyələrin maliyyə imkanlarının genişlənməsinə mane olur.


Siyavuş Novruzov, həmçinin bələdiyyələrin yaradılmasından 27 il keçməsinə baxmayaraq, onların mülkiyyət xəritələrinin hələ də tam şəkildə təqdim edilmədiyini deyib.


“Biz Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq. Ancaq 27 il ərzində bələdiyyə mülkiyyətinin xəritələri tam şəkildə bələdiyyələrə verilməyib”, - o qeyd edib.


Deputat bildirib ki, xəritələrin təqdim olunması bələdiyyə ərazilərinə düşən dağ-mədən və sənaye sahələrinin dəqiq müəyyənləşdirilməsi baxımından da vacibdir. Onun fikrincə, təklif olunan dəyişikliklər bələdiyyələrin gəlirlərini artırmaqla yanaşı, ərazilərdə abadlıq və quruculuq işlərinin maliyyələşdirilməsinə imkan verəcək.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol