• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif

Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
30.09.2026 11:46

Azərbaycanda fındıq istehsalçılarını müflisləşmə riskindən qorumaq üçün istehsal xərclərini qarşılayan və minimum gəlirliliyi təmin edən aşağı qiymət həddinin tətbiqi təklif olunur. Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Şəki-Zaqatala iqtisadi rayonunda fındığın qiyməti iki dəfəyədək ucuzlaşıb, ziyanvericilər isə təsərrüfatlara ciddi zərər vurub. Nəticədə bəzi fermerlər gəlir əldə etmir və ya onların qazancı minimum səviyyəyə düşüb.


“Xüsusən qiymətlərin aşağı olduğu illərdə fermerlərin müflisləşməməsi üçün dövlət tərəfindən istehsal xərclərini sığortalayan və minimum gəlirliliyi təmin edən taban qiyməti mexanizminin tətbiqi məqsədəuyğun olardı”, - deputat bildirib.


Əli Məsimli fermerlərə maliyyə dəstəyinin məhsul yığımı zamanı deyil, istehsalın ilkin mərhələsində verilməsini də təklif edib. Onun fikrincə, bu addım məhsuldarlığın və fermer gəlirlərinin artmasına kömək edə bilər.


Deputat ziyanvericilərin və təbii fəlakətlərin kənd təsərrüfatına təsirini azaltmaq üçün Aqrar Sığorta Fondunun bitkiçilik üzrə sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsini vacib sayıb.
Əli Məsimli çıxışında Sahibkarlıq, Büdcə və Borc məcəllələrinin hazırlanaraq qəbul edilməsini, həmçinin Vergi Məcəlləsinin yenilənməsini təklif edib.


O, 31 il əvvəl qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun icra mexanizmlərinin zəif olduğunu da bildirib. Deputat müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsini məqsədəuyğun hesab edib.


“Vətəndaş aldığı malı 14 gün ərzində qaytarmaq və ya dəyişmək hüququna malikdir. Təəssüf ki, bir çox hallarda vətəndaşlar bu hüquqdan istifadə edə bilmirlər”, - Əli Məsimli qeyd edib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol