• $
  • €
  • ₽
  • ₺
  • £

Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib

Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
30.09.2026 15:28

Xüsusi satınalma rejiminə daxil edilən qurumların siyahısı və seçim meyarları dəqiq müəyyənləşdirilməli, tender elanları, texniki şərtlər, qiymətləndirmə meyarları və qaliblər barədə məlumatlar elektron formada açıq yayımlanmalıdır. Bunu deputat Razi Nurullayev Milli Məclisdə dövlət satınalmaları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, layihə ilə xüsusi satınalma rejiminin əhatə dairəsinə dövlət müəssisələri ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər və onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslər də daxil edilir.

“Şəffaflıqla bağlı narazılıqların olduğu sahədə xüsusi satınalma rejiminin əhatəsini genişləndiririksə, bunun təminatı üçün hansı əlavə mexanizmləri yaradırıq?” - deputat bildirib.

Nurullayev qeyd edib ki, ümumi satınalma qaydalarından kənara çıxan qurumlar daha az deyil, daha çox hesabat verməlidir. Sahibkarlar tenderdə iştirak şərtlərini, təkliflərin necə qiymətləndirildiyini, şirkətin hansı əsasla qalib seçildiyini və digər iştirakçıların niyə kənarlaşdırıldığını bilməlidirlər.

Deputat texniki şərtlər vasitəsilə konkret şirkətə və ya markaya əvvəlcədən üstünlük verilməsinin qarşısının alınmasını da təklif edib.
Onun fikrincə, mövcud qanunvericilikdə nəzərdə tutulan şikayət hüququ kağız üzərində qalmamalı, xüsusi satınalmalar üzrə tam müstəqil və effektiv şikayət mexanizmi yaradılmalıdır.

“Dövlət satınalması sadəcə dövlətin mal və xidmət alması deyil. Bu, sahibkarın dövlət bazarına çıxışıdır. Əgər bu bazarda rəqabət yoxdursa, dövlət daha baha qiymət ödəyə, sahibkar isə bazarını itirə bilər”, - Nurullayev deyib.

O bildirib ki, satınalmaların sadələşdirilməsi və sürətləndirilməsi şəffaflıq, rəqabət və sahibkarların hüquqlarının qorunması hesabına həyata keçirilməməlidir.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol