• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
30.09.2026 16:49

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib.

Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Büstün zədələnməsi barədə məlumat ilkin olaraq sosial şəbəkələrdə yayılıb. Hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də daha əvvəl Gürcüstan mediasına bildirib ki, hadisə ilə bağlı ehtimal olunan şəxs saxlanılıb və Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol