• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb
01.10.2026 11:07

 

Gəncədə antisanitar şəraitdə toyuq ətindən dönər məhsulu hazırlayaraq dönərxanalara satan emal sexinin fəaliyyəti dayandırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sexdə toyuq ətlərinin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına əməl edilmədən sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi müəyyənləşdirilib.

Yoxlama zamanı donmuş toyuqların açıq havada donunun açıldığı, məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı aşkarlanıb.

Həmçinin ətin şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə əməl edilmədən daşındığı müəyyən olunub.

Obyektdən ət nümunələri götürülərək laborator müayinəyə göndərilib. 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və obyektin fəaliyyəti dayandırılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol