• $
  • €
  • ₽
  • ₺
  • £

Filip Riker: Cənubi Qafqaz ölkələri birgə fəaliyyətlə daha böyük nəticələr əldə edə bilər

Filip Riker: Cənubi Qafqaz ölkələri birgə fəaliyyətlə daha böyük nəticələr əldə edə bilər
01.10.2026 13:21

Cənubi Qafqaz ölkələri mövcud imkanlarını düzgün müəyyənləşdirərək ayrı-ayrılıqda və ya birgə fəaliyyət göstərməklə daha böyük iqtisadi nəticələr əldə edə bilərlər. Bunu ABŞ-nin “DGA-Albright Stonebridge Group” şirkətinin tərəfdaşı və Avropa və Avrasiya üzrə praktika rəhbəri Filip Riker deyib.

Onun sözlərinə görə, nadir torpaq elementləri, metallar, karbohidrogenlər və qızıl kimi resurslardan əlavə, Cənubi Qafqaz ölkələri birlikdə hansı imkanlara malik olduqlarını da müəyyən etməlidirlər.

Riker Mərkəzi Asiya və Qafqazın daha geniş iqtisadi məkan və infrastruktur çərçivəsində birləşdirilməsinin uzunmüddətli perspektivdə mümkün olduğunu, lakin əməkdaşlığa daha kiçik miqyaslı layihələrdən başlanmasının məqsədəuyğun olduğunu bildirib.

O, region ölkələrinin bir-birindən öyrənməsinin və qarşılıqlı şəkildə imkanlarını gücləndirməsinin vacibliyini də vurğulayıb.

Riker regionun inkişafında suverenlik, bağlantı və rifahı əsas amillər kimi göstərib. Onun sözlərinə görə, ölkələr öz seçimlərini böyük dövlətlərin mövqelərindən deyil, ilk növbədə milli maraqlarından çıxış edərək müəyyənləşdirməlidirlər.

O bildirib ki, region ölkələri coğrafi mövqelərini nəqliyyat və digər bağlantılara, bağlantıları isə iqtisadi rifaha çevirmək üçün daha çox inam nümayiş etdirməlidirlər.

Riker Azərbaycan və Ermənistan arasında sülh prosesinin region üçün yeni iqtisadi imkanlar yaratdığını bildirib.

"8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh mərasimi yalnız iki ölkə deyil, bütün region üçün mühüm simvolik əhəmiyyət daşıyır. İnsanlar irəliləyiş üçün yaranmış bu imkanlara diqqət yetirməlidirlər. Bu imkanlardan istifadə etmək lazımdır”, - Riker deyib.

O əlavə edib ki, region ölkələrinin birgə fəaliyyəti yeni imkanlardan istifadə etməyə və daha geniş iqtisadi əməkdaşlıq üçün sinerji yaratmağa imkan verə bilər.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol