• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib

Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib
01.10.2026 18:10

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.

Araşdırmalar davam etdirilir.

17:15

Gəncə şəhərində zəhərlənən şagirdlərin sayı 7-yə çatıb.

"Report"un məlumatına görə, Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin daha iki şagirdi - Z.Əsədullayeva (2012) və N.Rzayeva (2015) da zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər.

Bu gün günorta saatlarında eyni diaqnozla xəstəxanaya yerləşdirilən həmin məktəbin 5 şagirdi isə artıq evə buraxılıb.

 

***

Gəncədə 5 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Hadisə 1 oktyabr 2026-cı il saat 12:30 radələrində qeydə alınıb. Zəhərlənmə şübhəsi olan 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Azərbaycan Qida Təhlükəsizliyi agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol