• $
  • €
  • ₽
  • ₺
  • £

CAMCA-2026: Beynəlxalq əməkdaşlıq təhsilin inkişafına yeni imkanlar yaradır

CAMCA-2026: Beynəlxalq əməkdaşlıq təhsilin inkişafına yeni imkanlar yaradır
01.10.2026 15:32

Beynəlxalq əməkdaşlıq müxtəlif ölkələrin universitetləri və mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılmasına imkan yaradır və müasir təhsilin inkişafına mühüm töhfə verir. Bunu “Stirling” Fondunun Levant, Türkiyə və Qafqaz üzrə regional direktoru Brittni Stirlinq Bakıda keçirilən “CAMCA-2026” Regional Forumunda deyib.

Onun sözlərinə görə, təhsil yalnız biliklərin bir tərəfdən digər tərəfə ötürülməsi ilə məhdudlaşmır. Müxtəlif ölkələrdən universitetlərin, müəllimlərin və mütəxəssislərin bir araya gətirilməsi yeni təcrübə və imkanların formalaşmasına şərait yaradır.

Stirlinq bildirib ki, fondun fəaliyyətində yerli potensialın inkişafı da əsas istiqamətlərdən biridir.

“European School in Tbilisi”nin Müşahidə Şurasının sədri Gela Bejuaşvili isə təhsil sisteminin texnologiya və süni intellekt sahəsindəki sürətli inkişafı nəzərə alaraq yenilənməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, təhsil sisteminin texnologiyaların və süni intellektin inkişaf tempi ilə tam ayaqlaşması çətin olsa da, bu istiqamətdə səylər davam etdirilməlidir.

Bejuaşvili STEM təhsilinin genişləndirilməsini, beynəlxalq məktəb mübadilələrinin artırılmasını, sahibkarlıq bacarıqları və rəqəmsal savadlılığın inkişaf etdirilməsini vacib hesab etdiyini bildirib.

O, həmçinin kibergigiyena üzrə əsas biliklərin yalnız şagirdlərə deyil, müəllimlərə və valideynlərə də öyrədilməsinin zəruriliyini qeyd edib.

Avstraliya Milli Universitetinin diplomatiya üzrə fəxri professoru Vilyam Meli isə Əfqanıstanda təhsilin vəziyyətinə diqqət çəkib.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol