• $
  • €
  • ₽
  • ₺
  • £

TDT-nin CubeSat peyki 2026-cı ilin sonu orbitə buraxıla bilər

TDT-nin CubeSat peyki 2026-cı ilin sonu orbitə buraxıla bilər
01.10.2026 16:00

Türk Dövlətləri Təşkilatının (TDT) “CubeSat” peykinin 2026-cı ilin sonu və ya 2027-ci ildə orbitə buraxılması planlaşdırılır. Bunu TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

O, TDT-nin təhsil və kosmik texnologiyalar sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Ömüralıyev qeyd edib ki, təşkilatın 170 universiteti birləşdirən Türk Universitetləri Birliyi fəaliyyət göstərir. Bundan əlavə, TDT çərçivəsində MEVLANA və Orhun təhsil mübadiləsi proqramları həyata keçirilir.

Baş katibin sözlərinə görə, “CubeSat” peyki ilə bağlı layihə artıq tamamlanıb və peykin ilin sonuna qədər və ya gələn il orbitə çıxarılması gözlənilir.

Ömüralıyev regionda nəqliyyat əlaqələrinin inkişafına da toxunaraq Orta Dəhliz üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artdığını bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz vasitəsilə təxminən 4,7 milyon ton yük daşınıb. Bu göstərici son dörd ildə marşrut üzrə yükdaşımaların səkkiz dəfə artdığını göstərir.

Ötən il Çindən Orta Dəhliz istiqamətində göndərilən blok qatarlarının sayı 37% artaraq 392 reysə çatıb.

TDT baş katibi bildirib ki, marşrutun infrastrukturunun inkişaf etdirilməsi gələcəkdə yükdaşımaların həcminin daha da artırılmasına imkan verəcək.

Ömüralıyev Dünya Bankının qiymətləndirməsinə istinadən deyib ki, Orta Dəhliz infrastrukturunun təkmilləşdirilməsi 2030-cu ilədək daşınan yüklərin həcmini üç dəfə artıraraq 10 milyon tona çatdıra bilər.

O, həmçinin regionda həyata keçirilən yeni nəqliyyat layihələrinin Orta Dəhlizin imkanlarının genişləndirilməsində rolunu vurğulayıb.

Ömüralıyev Zəngəzur dəhlizinin Azərbaycan və Ermənistanla yanaşı, region ölkələri arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini də mühüm nəqliyyat təşəbbüslərindən biri kimi qeyd edib.

TDT baş katibinin sözlərinə görə, hər iki layihənin reallaşmasından sonra region üzrə yükdaşımaların həcmi 15 milyon tona çata bilər.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol