• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla eskalasiya İran üçün daxili risklər yaradır-Svante Kornell

Azərbaycanla eskalasiya İran üçün daxili risklər yaradır-Svante Kornell
01.10.2026 16:34

Azərbaycanla gərginliyin eskalasiyası İranda çoxsaylı etnik azərbaycanlı əhalinin yaşaması nəzərə alınmaqla, ölkə üçün daxili risklər yaradır. Bunu Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatlar və nəşrlər üzrə direktoru Svante Kornell Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan barədə danışarkən, İran üçün regionda eskalasiyaya həm motiv, həm də daha aşağı risk mövcuddur.

“İran Azərbaycana, xüsusilə Naxçıvan istiqamətində eskalasiya xarakterli addımlar atanda Prezident İlham Əliyevin reaksiyası çox aydın şəkildə göstərdi ki, İranın Azərbaycanla eskalasiyanı davam etdirməsi halında risklər İran üçün daxili xarakter daşıyacaq”, – o bildirib.

O qeyd edib ki, İranda çoxsaylı etnik azərbaycanlı əhali yaşayır.

“İran rejimi üçün Azərbaycanla bağlı eskalasiyanın çox ciddi daxili riski var. Çünki İranda hələ ABŞ administrasiyasının və, başa düşdüyüm qədər, İsrailin gözlədiyi genişmiqyaslı xalq üsyanı baş verməyib. Lakin belə bir vəziyyət bunu tətikləyən amilə çevrilə bilər. Maraqlıdır ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu yeni müdafiə ittifaqı bir-biri ilə ümumi sərhədləri olmayan ölkələri birləşdirir. Bununla belə, həm Türkiyənin, həm də Pakistanın İranla ümumi sərhədi var”, – o bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq İran üçün gələcək eskalasiyanın potensial qiymətinin artırılmasına yönələ bilər.

“Azərbaycan məsələsində, əlbəttə ki, Türkiyə ilə müdafiə ittifaqı mövcuddur. Bu isə o deməkdir ki, Azərbaycana qarşı eskalasiya halında Türkiyənin prosesə cəlb olunması riski var. Sual yaranır: İran bunu istəyirmi?",- o vurğulayıb.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol