• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq

Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq
01.10.2026 16:47

 

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə noyabrın 1-dən gündəlik reyslərin sayını 4-ə çatdıracaq, sərnişin yerlərinin sayı isə 386-dan 564-ə yüksəldiləcək.

ADY-dən bildirilib ki, bu, sərnişin tutumunun təxminən 46 faiz artırılması deməkdir.

Əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq. Beləliklə, sərnişinlər bəzi istiqamətlərdə hazırkı qiymətlərlə müqayisədə daha ucuz səyahət edə biləcəklər. Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək.

Hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 manat, Gəncədən isə 56,80 manatdır.

Əlavə reyslər üzrə biletlərin satışına oktyabrın 2-dən başlanılacaq.

Yeni qrafikə əsasən, əlavə qatar Bakıdan hər gün saat 09:10-da yola düşəcək və 19:11-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da Tbilisidən yola düşərək növbəti gün saat 07:57-də Bakıya çatacaq.

Hazırda fəaliyyət göstərən reys isə Bakıdan saat 23:00-da yola düşür və növbəti gün 08:41-də Tbilisiyə çatır. Tbilisidən saat 11:00-da yola düşən qatar 20:26-da Bakıda olur.

ADY bildirir ki, əlavə reyslərin tətbiqi sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti seçimi də verəcək.

Şirkət Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet satışı ilə bağlı yeni verifikasiya tələbləri də tətbiq edib. ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinetlərini “MyGov ID” vasitəsilə verifikasiya etməlidirlər.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduqları ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini daxil etməli, telefon nömrəsini SMS-lə göndərilən OTP kodu ilə təsdiqləməlidirlər.

ADY əlavə reyslərin uzunmüddətli birgə hazırlıq, texniki və təşkilati işlərin başa çatdırılmasından sonra mümkün olduğunu bildirib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol