• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
01.10.2026 21:09

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edir.Bu barədə ADY-dən məlumat verilib.

Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları ADY-nin rəsmi saytında və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini “MyGov ID” vasitəsilə verifikasiya etməlidirlər. FİN kodu daxil edildikdən sonra zəruri məlumatlar sistemdə avtomatik əks olunacaq.

Bilet almaq üçün şəxsi kabinetin verifikasiyasının tamamlanması məcburidir.

Xarici ölkə vətəndaşları isə verifikasiya zamanı vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil etməli, telefon nömrəsini SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləməlidirlər.

ADY bildirib ki, yeni qaydalar sərnişinlərin maraqlarının qorunması və onlayn bilet alışında mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.

Qeyd olunub ki, “ADY Mobile” tətbiqində verifikasiyadan keçmək üçün istifadəçilər saat 00:00-dan sonra tətbiqi yeniləməlidirlər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol