• $
  • €
  • ₽
  • ₺
  • £

FHN: Yaxın günlərdə intensiv yağış, sel və güclü külək gözlənilir

FHN: Yaxın günlərdə intensiv yağış, sel və güclü külək gözlənilir
02.10.2026 09:18

 

Azərbaycanda yaxın günlərdə qeyri-sabit hava şəraiti, intensiv yağış, bəzi ərazilərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqın gözlənilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən əhaliyə müraciətində bildirib.

Məlumata görə, qeyri-sabit hava şəraiti, o cümlədən intensiv yağış bu gündən başlayaraq yaxın günlərdə ölkə ərazisində, həmçinin Bakıda və Abşeron yarımadasında müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

FHN əhaliyə sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yaranacağı halda yaxınlıqdakı yüksəkliyə qalxmağı və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.

Nazirlik ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durmağı, hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Güclü külək zamanı isə yüngül konstruksiyalardan, müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, elektrik dirəkləri və naqillərdən uzaq durmaq çağırışı edilib.

FHN həmçinin kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu xatırladıb.

Nazirlik təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyə çağırıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol