• $
  • €
  • ₽
  • ₺
  • £

Sentyabrda 593 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Sentyabrda 593 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
02.10.2026 12:53

 

Dövlət Sərhəd Xidməti (DSX) 2026-cı ilin sentyabrında 593 kiloqram 439 qram narkotik vasitə və 11 504 ədəd müxtəlif tərkibli həb aşkarlayaraq dövriyyədən çıxarıb.

DSX-dən bildirilib ki, aşkarlanan narkotik vasitələrin 296 kiloqram 178 qramı müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə müəyyən edilib.

Hesabat ayında dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb. Onlardan 6-sı Pakistan, 4-ü Azərbaycan, 4-ü İran, 2-si Şri-Lanka, 1-i Əfqanıstan, 1-i Belarus, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı olub.

Qanunsuz miqrasiyaya qarşı tədbirlər çərçivəsində saxtalaşdırılmış tarix möhürü və pasportdan, eləcə də özgəsinə məxsus sənəddən istifadə etməklə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər saxlanılıb.

Sərhəd rejimi qaydalarını pozduqları üçün 38 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 324 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.

Bundan başqa, ölkədən çıxışı qadağan edilən 855 nəfərin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan olunan 54 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

DSX dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol