• $
  • €
  • ₽
  • ₺
  • £

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
02.10.2026 19:49

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrupların süni intellekt texnologiyalarından istifadə etməklə yeni və təkmilləşdirilmiş kiberhücumlar həyata keçirdiyi müşahidə olunur.Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin məlumatına görə, kibercinayətkar qruplar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də vətəndaşları hədəfə alırlar.

Məlumata görə, kibercinayətkarlar əvvəlcədən hazırlanmış ssenarilər əsasında hədəfə alınan şəxslərə “təcili” və “vacib” məzmunlu mesajlar göndərir, daha sonra onları hüquq-mühafizə orqanlarının və ya digər dövlət qurumlarının adından fəaliyyət göstərən saxta hesablara yönləndirirlər.

Həmin şəxslərdən xarici hesablara pul köçürülməsi və ya digər qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb olunur.

DTX vətəndaşları rəqəmsal mühitdə şübhəli müraciət, tələb və mesajlara qarşı diqqətli olmağa, belə hallarla qarşılaşdıqda isə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol