• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb

Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
02.10.2026 19:55

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayılan məlumat əsasında Bakının Xətai rayonunda fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama keçirib.

Yoxlama Musayev Rövşən Vahid oğluna məxsus Vunqtau küçəsi, 23 ünvanındakı obyektdə aparılıb.

AQTA-nın məlumatına görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı, anbar sahəsinin yaradılmadığı və un kisələrinin istehsal sahəsində saxlanıldığı müəyyən edilib.

Həmçinin çörəyin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə aparıldığı, hazır məhsulların isə qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol