Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.
1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























