Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edilib

Bakının Qaradağ rayonunda iti hündürmərtəbəli binadan yerə atan şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Nəticədə heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən edilərək barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























