• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video

Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video
05.10.2026 13:36

“Aztəsərrüfat” MMC-yə pambıq təhvil verən Salyan fermerlərinin bir qisminə ödənişə başlanıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov  anews.az-a açıqlamasında bildirib.

Salyanda 200-ə yaxın fermer şirkətə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini deyir. Fermerlər bununla bağlı sosial mediada video yayıblar.


“Özəl sektorla bir neçə görüş keçirmişik. Məsələnin həllinə yönələn addımlar atmağa çalışırıq. Həmin şirkət qarşısında tələblər qoymuşuq ki, fermerlərin ödənişləri həyata keçirilsin. Məndə olan məlumata görə, bir qisminin artıq ödənişinə başlanılıb”, - nazir deyib.

Fermerlərin sözlərinə görə, 2024–2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər.

Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib.

Fermerlərdən biri videomüraciətində müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etdiklərini və 176 fermerin adından Milli Məclisə məktub göndərdiklərini lakin onlarla maraqlan kimsənin olmadığını bildirib.



Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol